Kiyev lideri Vladimir Zelenski ABŞ-ın münaqişənin həlli çərçivəsində Donbasdan ukraynalı yaraqlıların çıxarılması tələbini rədd edir.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 15-də “Bild” qəzeti yüksək vəzifəli ukraynalı məmura istinadən məlumat yayıb.
O hesab edir ki, bu məsələ Ukrayna prezidenti üçün “qırmızı xətt”i təmsil edir. “Bild” yazır ki, Ukrayna tərəfi həmçinin Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi, prezident seçkilərinin keçirilməsi və hətta təmas xətti boyunca münaqişənin dondurulması məsələsini müzakirə etməyi düşünür.
"Bu, Ukrayna ordusunun təslim olmasına bərabər olardı. Biz bunu qəbul etməyəcəyik", - Ukrayna rəsmisi bildirib.