Вернуться назад Распечатать

Rusiya Bakıda Rus Evini açmağa çalışır

 Rusiya Bakıda Rus Evinin tezliklə fəaliyyətə başlaması üçün həll yolları tapmağa sadiqdir.

1xeber.media  Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin deyib.
“Rusiya və Azərbaycanın xarici siyasət idarələri münasibətlərimizin bütün gündəliyini, o cümlədən humanitar komponent üzrə əlaqələrimizi davam etdirir. Biz ölkələrimizin dost xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verən Bakıda Rus Evinin tezliklə fəaliyyətə başlaması üçün qarşılıqlı məqbul həllər tapmağa sadiqik”, - o bildirib.