Вернуться назад Распечатать

Zelenski Mayami danışıqlarında iştirakını açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü üçün Mayamiyə getməyəcəyini açıqlayıb.

1xeber.media xəbər verir ki, onun sözlərini UNİAN yayıb.

"Amerika Birləşmiş Ştatlarında Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş olacaq. Düşünürəm ki, bu, yaxın günlərdə, bəlkə bu həftə sonu, bəlkə də bir az sonra olacaq", - Zelenski bildirib.

Onun sözlərinə görə, danışıqlarda təhlükəsizlik təminatları, Ukraynanın iqtisadiyyatının bərpası, çərçivə sazişinin 20 bəndi müzakirə olunacaq. Kiyevi danışıqlar qrupu təmsil edəcək.

Bundan əvvəl Zelenski bəyan etmişdi ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh planından “dağıdıcı maddələr” çıxarılıb. O, həmçinin əlavə edib ki, hərbi detallar “çox yaxşı görünür”.