Вернуться назад Распечатать

Macarıstan Amerikadan LNG almaq üçün beş illik müqavilə imzalayıb

1xeber.media xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial media hesabında bildirib ki, Macarıstan ildə 0,4 milyard kubmetr Amerika mayeləşdirilmiş təbii qazı (LNG) almaq üçün beş illik müqavilə imzalayıb.

"Bu gün biz ildə 400 milyon kubmetr LNG üçün müqavilə imzalamaqla ABŞ-Macarıstan enerji əməkdaşlığında mühüm mərhələyə çatdıq. Bu, 2 milyard kubmetr Amerika LNG-nin Macarıstana çatdırılması deməkdir. Biz ən aşağı qiymətləri təmin etmək şərtilə, mümkün qədər çox marşrutla və mümkün qədər çox təchizatçıdan enerji resurslarını almaqda maraqlıyıq."

Macarıstan hazırda qazın böyük hissəsini Rusiyadan alır - ildə təxminən 8 milyard kubmetr. Qaz “Türk axını” boru kəməri ilə nəql olunur.