Вернуться назад Распечатать

Tramp Venesueladan oğurlanmış torpaqları və nefti qaytarmağı tələb edib

ABŞ prezidenti Donald Tramp Venesueladan bütün neftini, torpaqlarını və digər “oğurlanmış” aktivlərini ABŞ-a qaytarmağı tələb edib.

1xeber.media xəbər verir ki,  O, bu barədə özünün Truth Social sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, hazırda Bolivar Respublikası sahillərində əhəmiyyətli hərbi qüvvə toplanır. "Venesuela tamamilə Cənubi Amerika tarixində yığılmış ən böyük armada ilə əhatə olunub", - Amerika lideri bildirib.

Armada yalnız böyüyəcək və qarşılaşacaqları zərbə, əvvəllər bizdən oğurladıqları bütün nefti, torpaqları və digər sərvətlərini Birləşmiş Ştatlara qaytarana qədər gördükləri heç bir şeyə bənzəməyəcək.