Belarus prezidenti Lukaşenko bəyan edib ki, o, 2030-cu ildə keçiriləcək prezident seçkilərində iştiraka zəmanət vermir.
1xeber.media xəbər verir ki, Onun sözlərini RİA Novosti yayıb.
“Sağlam olacağıma zəmanət verirəm, amma seçkilərdə iştiraka zəmanət vermirəm”, - deyə respublika başçısı bildirib.
Belarus lideri səhhətinin yaxşı olduğunu da qeyd edərək, bunun davam edəcəyinə ümid etdiyini bildirib.
Bundan əvvəl Aleksandr Lukaşenko bəyan etmişdi ki, Ukrayna xəritədən tamamilə yox ola bilər. O qeyd edib ki, Rusiya ilə münaqişənin davam etdirilməsi belə bir ssenari üçün ilkin şərt ola bilər.