Вернуться назад Распечатать

Ukrayna-Moldova sərhədindəki iki keçid məntəqəsi bağlanıb

1xeber.media xəbər verir ki, Rusiyanın pilotsuz təyyarəsinin Ukraynanın cənubundakı Odessa vilayətinin Mayaki kəndi yaxınlığındakı Odesa-Reni şossesində körpüyə endirilməsindən sonra Ukrayna və Moldova arasında iki sərhəd keçidinin fəaliyyəti dayandırılıb.

"Sərhəd Xidməti vətəndaşların nəzərinə çatdırır ki, Palanka-Mayaki-Udobnoe və Tudora-Staroskazke nəzarət-buraxılış məntəqələrinin fəaliyyəti dayandırılıb. Vətəndaşlara müəyyən edilmiş əraziyə getməməyi və diqqətli olmağı tövsiyə edirik", - Sərhəd Polisinin bəyanatında deyilir.

Odessa meri Oleh Kiperin daha əvvəl bildirdiyi kimi, Rusiyaya məxsus pilotsuz təyyarənin Dnestr çayı üzərindəki körpüdə hərəkət edən mülki avtomobilə endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, onun üç uşağı isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.