ABŞ Maliyyə Nazirliyi İran neftinin daşınmasına görə 29 tanker və onları idarə edən 20 şirkətə sanksiya tətbiq edib.
1xeber.media xəbər verir ki, bu barədə məlumat dekabrın 18-də idarənin saytında dərc olunub.
Sanksiyaya məruz qalan tankerlər arasında Arihant, Kurdos, Kurdos II, Kurdos III, Golden Eagle, Diana, Flora Dolce və Majesty var. Onların hamısı müxtəlif bayraqlar altında (Panama, Palau, Marşal adaları, Barbados, Yamayka və Kuk adaları) 2025-ci ilin əvvəlindən yüz minlərlə və ya milyonlarla barel İran xam nefti, mazut, bitum, nafta və ya kondensat daşıyıb.
Sanksiyalar BƏƏ, Panama, Hindistan, Marşal adaları və digər yurisdiksiyalarda qeydiyyatdan keçmiş 17 gəmiçilik və idarəetmə şirkətinə də təsir edib. Eyni zamanda, Vaşinqton Venesuela neftinin daşınmasına təzyiqi artırır.