Вернуться назад Распечатать

Leyli qaldı bir kənarda,botoksu müzakirə edildi ...

Nəzakət Teymurova istedadlı bir sənətkardır. O, zəngin səsə malikdir. Tələbələri də çoxdur. O da, Mənsum İbrahimov da sözünü demiş sənətkarlardı. Tanınmış xanəndələrimizdi. 

1xeber.media xəbər verir ki,bu barədə Leyla Turan xanəndənin tənqid edənlərə cavab olaraq bildirib.

"Deyirlər bu yaşda Leylimi olar. Niyə Leylini məhz o oynayır. Botokslu Leyli kimə lazım. Yaxşı bunu da anladım. Gələcəkdə onların da əvəzi tapılacaq. Amma təhqir etmək olmaz. 

Sənətə qiymət vermək lazımdır. Sənətə. Sənət də ki var. Onların sənəti var! Haqqlarına girməyək. 

Yoxsa Nəzakət xanımın botoksundan danışırlar. Ondan mənə, sizə nə? Edib edib də. Öz işidir. Özü bilər. Ümumiyyətlə müğənninin şəxsi həyatına qarışmaq, müdaxilə etmək ədəbsizlikdir. Kim nə edir özü bilər."