Вернуться назад Распечатать

DİN-in Mətbuat Xidməti MƏLUMAT YAYDI

1xeber.media xəbər verir ki,dekabrın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
 Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
 Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.