Вернуться назад Распечатать

Zelenski Rusiya ilə sülh razılaşması ilə bağlı açıqlama verib

1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə mümkün sülh sazişindən danışıb.

Zelenski Kiyevdə çıxışı zamanı deyib: “Hələ sülh sazişi yoxdur və olmaya da bilər.

Bundan əvvəl Zelenski Polşanın PAP nəşrinə müsahibəsində ABŞ-ın Kiyevin NATO-ya qoşulmasını görmək istəmədiyini bildirmişdi. “Bu gün NATO-ya üzvlüyümüz çətinləşib, çünki biz ABŞ-dan dəstək görmürük və bu, şübhəsiz ki, problemdir”. Ukrayna lideri onu da əlavə edib ki, Polşa hər zaman ölkəni Aİ və NATO-ya üzvlük yolunda dəstəkləyib.