Naməlum şəxslər Polşanın Brüsseldəki konsulluğunun binasını qırmızı boya ilə boyayıb, binanın fasadına təhqiramiz şüarlar yazıb və girişin önünə it qığısını səpələyiblər.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 20-də RMF FM radiostansiyası məlumat yayıb.
Bildirilir ki, insident dekabrın 18-də, AB sammitindən əvvəl baş verib, lakin bu yaxınlarda məlum olub.
Hesabatda bildirilir ki, qapı, binanın fasadı və Polşa gerbi qırmızı boya ilə boyanıb, binanın Polşa konsulluğunun iqamətgahı olduğunu göstərən lövhədə ingilis dilində "qatillər" yazılıb.