Ukrayna Milli Polisinin sözçüsü Yuliya Girdvilis Kiyevin mərkəzində açılan Rusiya bayrağı ilə bağlı yeni açıqlama verib.
1xeber.media xəbər verir ki, o pilotsuz təyyarənin həqiqətən də Ukrayna paytaxtı üzərində uçduğunu bildirib.
"Əlavə araşdırmalardan sonra müəyyən edilib ki, həqiqətən də paytaxtda naməlum pilotsuz uçan aparat işə salınıb", - Girdvilis bildirib və hadisənin təfərrüatlarının araşdırıldığını bildirib.
Şənbə günü, dekabrın 20-də günortadan sonra sosial şəbəkələrdə Rusiya bayrağı altında uçan pilotsuz uçuş aparatının videosu yayılmağa başlayıb. Dronun Kiyevin mərkəzində dövrə vurduğu bildirilir. Onu kimin və nə üçün işə saldığı barədə məlumat verilməyib.