Вернуться назад Распечатать

Lavrov Əlcəzair Xarici İşlər Nazirliyinin rəhbəri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Afrika Tərəfdaşlıq Forumunun ikinci nazirlər konfransı çərçivəsində Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə dekabrın 20-də Rusiya diplomatik xidməti məlumat yayıb.
Hər iki ölkənin nümayəndələri ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər. Lavrov, həmçinin Əlcəzairlə 1962-ci ildə qurulan diplomatik əlaqələrin əhəmiyyətini qeyd edərək, enerji, metallurgiya və avtomobil sənayesi kimi sahələrdə uğurlu əməkdaşlığı vurğulayıb.

Danışıqlardan əvvəl nazirlər qucaqlaşıb, əl sıxıblar. Lavrov həmçinin əlcəzairli həmkarını “əziz dost” adlandırıb və Rusiyanın bir çox tarixi təcrübələrini paylaşdığı bir insanla yenidən görüşməkdən məmnun olduğunu bildirib.