Вернуться назад Распечатать

Aİ və NATO ABŞ-ı Rusiya ilə müharibəyə sürükləməyə çalışır – Tulsi Qabbard

Bəzi media orqanlarının Avropa İttifaqı və NATO-nun Ukraynadakı münaqişəni davam etdirmək istəyi barədə yazdıqları ABŞ Prezidenti Donald Trampın sülh səylərini sarsıdır, yalan və təbliğat təşkil edir.

1xeber.media xəbər verir ki, bu iddia ilə ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard sosial mediada çıxış edib: "Prezident Trampın sülh səylərini əngəlləmək və ictimaiyyət arasında isterika və qorxu yaratmaqla müharibəni dəstəkləməyə vadar etmək istəyirsiniz. Hansı ki,  NATO və Avropa İttifaqının əslində istədiyi də budur: ABŞ ordusunu Rusiya ilə müharibəyə sürükləmək".

Onun iddiasına görə, bu media orqanları yalandan ABŞ kəşfiyyat icmasının "Rusiyanın məqsədinin Ukraynanı tamamilə, həmçinin Avropanı işğal etmək və fəth etmək olduğuna dair Aİ/NATO baxışı ilə razılaşdığını və dəstəklədiyini" təbliğ edirlər: "Bu, yalan və təbliğatdır.  Həqiqət budur ki, ABŞ kəşfiyyat icması siyasətçilərə ABŞ kəşfiyyatının Rusiyanın NATO ilə daha böyük bir müharibədən qaçmağa çalışdığını qiymətləndirməsi barədə məlumat verib".