Вернуться назад Распечатать

Prezident İlham Əliyev Rusiyaya səfər edəcək

Prezidenti İlham Əliyev  və Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəklər.

1xeber.media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putinin həm Azərbaycan Prezidenti, həm də Ermənistanın hökumət başçısı ilə ikitərəfli görüşləri olacaq.

"Bu iki gün ərzində Putin ayrı-ayrılıqda bütün liderlərlə görüşəcək", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dekabrın 21-də Sankt-Peterburqda Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclası, 22-də isə MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək.