Вернуться назад Распечатать

Kreml Bakıya mesaj verdi: Putin Əliyevlə görüşəcək – region üçün mühüm təmas anons edildi

Kreml Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün planlaşdırıldığını açıqlayıb.

1xeber.media  xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, Vladimir Putinin həm Prezident İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüşləri nəzərdə tutulur. O bildirib ki, MDB liderlərinin qeyri-rəsmi ünsiyyəti adətən ikitərəfli danışıqlarla müşayiət olunur.

“Bu formatın əsas dəyəri də məhz bundadır”, – deyə Kremlin sözçüsü vurğulayıb. Musavat.com qeyd edir ki, bu cür görüşlər regional məsələlərin daha çevik və açıq müzakirəsinə imkan yaradır.

Bundan əvvəl Prezident İlham Əliyevin Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak edəcəyi barədə məlumat yayılmışdı. Musavat.com bildirir ki, sözügedən sammit 22 dekabr tarixində baş tutacaq.

Siyasi müşahidəçilər hesab edirlər ki, Putin–Əliyev görüşü regional proseslər, o cümlədən Cənubi Qafqazdakı son vəziyyət baxımından xüsusi əhəmiyyət daşıyır.