Вернуться назад Распечатать

Rusiya konsulu Suriyadakı Rusiya hərbi bazaları üçün heç bir təhlükə olmadığını deyib

1xeber.media xəbər verir ki, Rusiyanın Suriyadakı hərbi bazaları üçün heç bir təhlükə yoxdur, bu ölkənin Rusiya Federasiyasındakı konsulu Zager Əl-Əhmar dekabrın 9-da bildirib.

“Hazırda Suriyadakı bazalar üçün heç bir təhlükə, problem yoxdur. Gələcəkdə bu, iki tərəf arasında qərar olacaq”.

Əl-Əhmər əlavə edib ki, Suriya indi yeni dövlətdir, lakin iki ölkə arasında təmaslar dayandırılmayacaq.