"2021-ci ildə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalından öncə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə mənə zəng etdi. Oğlum Murtuzanı soruşdu. Dedim, hər şey qaydadında, dərsə gedir. Heç nə demədi Murad və sağollaşdıq".
1xeber.media xəbər verir ki, bunu millət vəkili Polad Bülbül oğlu Azərbaycan Televiziyasına danışarkən deyib. O bildirib ki, bundan sonra Heydər Əliyev adına Fonndan zəng edib, Murtuza ilə maraqlanıblar:" Dedim, nə olub, hamı Murtuzanı soruşur. Səndemə, cənab prezident göstəriş verib ki, Bülbülün nəvəsi mütləq orada iştirak etməlidir. Festivaldan sonra prezident səhnə arxasına gəldi və dedi, Murtuza, mən dedim ki, sən bu festivalda mütləq iştirak etməlisən".
Qeyd edək ki, Murtuza Bülbül ötən ay Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə dirijor təyin olunub.