İranda ağır iqtisadi böhran, yüksək inflyasiya və sosial narazılıqlar fonunda Prezident Məsud Pezeşkiana qarşı impiçment prosesinin başlanması müzakirə olunur.
Bu barədə “Iran International” məlumat yayıb.
Bildirilib ki, parlament hökumətə təzyiqləri artıraraq kadr dəyişiklikləri və rəsmi xəbərdarlıqlar mexanizmlərindən istifadə etməyə başlayıb. Qanunverici orqan hökumətin mövcud vəziyyətdən çıxış üçün effektiv addımlar atmadığını deyir.
Xatırladaq ki, bir qədər əvvəl İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf da deyib ki, görülən tədbirlər nəticə vermədiyi təqdirdə gərginliyin azaldılması məqsədilə kabinetin yenidən formalaşdırılması prioritet olacaq. Onun sözlərinə görə, əgər zəruri islahatlar hökumət tərəfindən həyata keçirilməzsə, parlament üzvləri impiçment proseduruna başlamağa məcbur qalacaqlar.
globalinfo.az