Rusiya prezidenti Vladimir Putin Aleksandr Zmeevskini Rusiyanın Çexiyadakı səfiri vəzifəsindən azad edib və Anna Ponomarevanı təyin edib.
1xeber.media xəbər verir ki, bu barədə hüquqi aktların dərci üçün rəsmi internet saytında yerləşdirilən müvafiq fərmanlarda bildirilib.
"Aleksandr Vladimiroviç Zmeevski Rusiya Federasiyasının Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", - prezidentin imzaladığı sərəncamda deyilir.
Daha əvvəl Çexiyanın Ukrayna üçün uğurlu sursat təşəbbüsündə iştirakını dayandıracağı açıqlanmışdı. Aydınlaşdırılıb ki, Praqa artıq Ukrayna münaqişəsinin davam etdirilməsi üçün büdcə vəsaiti ayırmaq niyyətində deyil.