Вернуться назад Распечатать

Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir söylədi - Video

Bu gün İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycana səfər edib.

1xeber.media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Z. Pezeşkian Bakıda keçirilən “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransa qatılıb.

Tədbirdə çıxışını Azərbaycan dilində tamamlayan Zəhra Pezeşkian Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir bənd söyləyib:

Sondan durub üst donumu geyərdim,

Baxçalarda tiringəni deyərdim,

Ay özümü o əzdirən günlərim,

Ağac minib, at gəzdirən günlərim.

Həmin görüntüləri təqdim edirik: