Вернуться назад Распечатать

Ceki Çan Olimpiya məşəlinin estafetində iştirak edib

1xeber.media xəbər verir ki, Honq-Konqlu aktyor Ceki Çan  İtaliyada keçiriləcək 2026-cı il Olimpiya Oyunları ərəfəsində estafet zamanı Pompey xarabalıqları arasından Olimpiya məşəlini aparıb.

Bu, aktyorun Olimpiya məşəli estafetində üçüncü iştirakıdır. O, əvvəllər 2008 və 2022-ci il Pekin Olimpiadalarında məşəli daşıyıb.

Şəbəkə həmçinin italyan futbolçular Fabio Kannavaro və Çiro Ferraranın növbəti məşəli götürəcəyini bildirib. Onlar məşəli Milad bayramı üçün estafetin dayandırılacağı doğma şəhəri Neapoldan keçirəcəklər.