Вернуться назад Распечатать

Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampı Qazaxıstana səfərə dəvət edib.

1xeber.media xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Dövlətimizin başçısı Donald Trampı onun üçün əlverişli vaxtda Qazaxıstana səfərə dəvət edib", - mətbuat xidmətinin Telegram kanalında dərc olunan bəyanatında deyilir.

Tokayev də bu səfərin tarixi olacağına əminliyini ifadə edib.