Вернуться назад Распечатать

Medvedev Pistorius və Stubbın sülhlə bağlı dediklərini ironiya ilə şərh edib

1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa siyasətçilərinin, o cümlədən Almaniyanın müdafiə naziri Boris Pistorius və Finlandiya prezidenti Aleksandr Stubbın Rusiya ilə bağlı verdikləri “sülhməramlı” bəyanatlara təəccübləndiyini bildirib.

Medvedevin sözlərinə görə, Pistorius NATO-nun Rusiyaya qarşı müharibə aparacağına inanmadığını bildirib, Stubb isə Rusiyanın müttəfiq ölkələrinə hücumda maraqlı olmadığını etiraf edib.

“Bu “Avropa sülhməramlıları” məni təəccübləndirdi. Nə oldu, bu ayıqlıqdır, yoxsa Milad bayramı başladı? Medvedev Max platformasında yazıb.