1xeber.media xəbər verir ki, Bosniya və Herseqovinanın tərkibinə daxil olan Serb Respublikasının prezidenti Milorad Dodik Belqradda uğurla əməliyyat olunub. Bu barədə bazar ertəsi, dekabrın 9-da ATV kanalı məlumat yayıb.
Dodik yemək borusu və mədəsindən bir neçə saatlıq əməliyyat keçirib. Mədə xəstəlikləri üzrə ixtisaslaşmış klinikada aparılıb. Prosedurdan sonra o, reanimasiya şöbəsinə yerləşdirilib."İctimaiyyət Serb Respublikası Prezidentinin səhhətinin vəziyyəti barədə vaxtında məlumatlandırılacaq", - prezident administrasiyasının mətbuat xidməti bildirib.
Bir gün əvvəl Dodikin Belqradda xəstəxanaya yerləşdirildiyi məlum olub. Günün birinci yarısında onun müayinə olunduğu, daha sonra əməliyyat olunmaq üçün xəstəxanaya aparıldığı dəqiqləşdirilib.