Вернуться назад Распечатать

Baş Qərargah rəisinin təyyarəsinin qəzaya düşmə anı - VİDEO

Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddadı daşıyan təyyarənin Ankarada qəzaya uğradığı anın video-görüntüsü yayılıb.

1xeber.media xəbər verir ki, şahidlərin sözlərinə görə, hava limanının yaxınlığında partlayış səsi eşidilib.

9H-DFJ qeydiyyat nömrəli biznes təyyarəsi Maltada yerləşən "Harmony Jets" şirkətinə məxsus idi. Fransız istehsalçısı "Dassault" tərəfindən istehsal olunan üç mühərrikli Falcon 50 təyyarəsi havada 6,5 ​​saata qədər qala bilir.

**

Ankara Esenboğa Hava Limanından Tripoliyə gedən Falcon 50 özəl biznes təyyarəsi radarla əlaqəni itirib. Esenboğa Hava Limanı müvəqqəti olaraq bağlanıb və uçuşlar Kayseriyə yönləndirilib. Təyyarədə Liviya Baş Qərargah rəisi də daxil olmaqla 5 nəfərin olduğu və vurulan təyyarənin qalıqlarının tapıldığı məlum olub.

1xeber.media xəbər verir ki, bu barədə yayılan rəsmi açıqlamada deyilir. 

Bildirilir ki, təyyarə Haymana tərəfdə qəzaya düşüb.