Fransa ABŞ-ın Aİ-nin daxili bazar üzrə keçmiş komissarı Thierry Breton və daha dörd avropalı məmura ölkəyə giriş qadağası tətbiq etmək qərarından narazıdır.
1xeber.media xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron X sosial media platformasında məlumat verib.
"Fransa ABŞ-ın Thierry Breton və digər dörd avropalı rəsmiyə qarşı tətbiq etdiyi viza məhdudiyyətlərini pisləyir. Bu tədbirlər Avropanın rəqəmsal suverenliyinə xələl gətirməyə yönəlmiş hədə-qorxu və məcburiyyətdir", - Makron yazıb.
Fransa lideri Aİ-nin rəqəmsal qaydalarının demokratik və suveren proses çərçivəsində Avropa Parlamenti (AP) və Aİ Şurası tərəfindən qəbul edildiyini və heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini vurğulayıb. Makron əmin edib ki, Fransa Avropa Komissiyası (AK) və Aİ tərəfdaşları ilə birlikdə İttifaqın tənzimləyici muxtariyyətini müdafiə etməyə və Avropanın rəqəmsal suverenliyini qorumağa davam edəcək.