Вернуться назад Распечатать

Kallas ABŞ-ı sanksiyalara görə tənqid edib

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Vaşinqtonun Aİ-nin daxili bazar üzrə keçmiş komissarı Thierry Bretona qarşı tətbiq etdiyi sanksiyaları qəbuledilməz adlandırıb.

1xeber.media xəbər verir ki, O, bu barədə sosial şəbəkədəki X səhifəsində məlumat verib.

"ABŞ-ın Avropa vətəndaşlarına və rəsmilərinə səyahət məhdudiyyətləri tətbiq etmək qərarı qəbuledilməzdir və suverenliyimizi şübhə altına almaq cəhdidir" dedi.

Aİ-nin baş diplomatı həmçinin vurğuladı ki, Aİ öz əsas dəyərlərini, o cümlədən “ifadə azadlığı, ədalətli rəqəmsal qaydalar və öz məkanımızı müstəqil şəkildə tənzimləmək hüququ”nu dəstəkləmək niyyətindədir.