1xeber.media xəbər verir ki, Papa XIV Leo Ukraynada Milad bayramı ilə bağlı 24 saatlıq atəşkəsin olmamasından kədərləndiyini bildirib.
Pontifik vurğulayıb ki, katolik Milad bayramı münasibətilə Ukrayna münaqişə zonasında atəşkəs rejiminin yaradılmasından imtina "böyük kədərə səbəb olan şeylərdən biridir". O, dekabrın 25-ni sülh gününə çevirmək çağırışını təkrarlayıb.
Katolik kilsəsinin rəhbəri Qəzza zolağındakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, regionda yaşayan katoliklər “çox qeyri-sabit qalan şəraitdə bayramı qeyd etməyə çalışırlar”.
Bundan əvvəl XIV Leo ABŞ prezidenti Donald Trampı ABŞ-Avropa müttəfiqliyinə xələl gətirmək cəhdinə görə qınamışdı.