Вернуться назад Распечатать

Azərbaycan-İran sərhədində yenilik: gündəlik keçid təmin olunacaq

Azərbaycan -İran  sərhədində tranzit daşımaların həcmi artmaqdadır. 

1xeber.media xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Bildirilib ki, yük avtomobilləri Azərbaycana Astara sərhəd -keçid terminalı vasitəsilə daxil olmağa davam edir.

İranın Avtomobil Nəqliyyatı Təşkilatının Beynəlxalq Tranzit və Nəqliyyat İdarəsinin rəisi Cavad Hidayati deyib ki, hər iki istiqamət üzrə gündəlik 350–400 nəqliyyat vasitəsinin hərəkəti təmin olunacaq.Onun sözlərinə görə, yaxın iki-üç gün ərzində yük maşınlarının böyük əksəriyyəti təyinat məntəqələrinə göndəriləcək və Astara sərhəd -keçid məntəqəsindən keçərək Azərbaycan  ərazisinə daxil olacaq.

Cavad Hidayati həmçinin Rusiyanı da əhatə edən marşrutlar üzrə ixrac yüklərinə tələbatın artdığını qeyd edib.

O bildirib ki, bu istiqamətdə Rusiya  və Azərbaycanla yüksək səviyyəli danışıqlar  aparılır.