Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.
Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.
Lakin AYNA-dan Modern.az-a verilən məlumata görə, 122 saylı marşrut xətti göstərilən ərazidən keçmir. Qurum hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
Hazırda hadisənin detalları və qəzanın hansı marşrut xəttinə aid avtobusla bağlı olduğu dəqiqləşdirilir.