Вернуться назад Распечатать

Bu il Bakıda neçə məzuna qızıl nişan verilib?

Bu il Bakıda 52 məzun qızıl və gümüş nişana layiq görülüb.

1xeber.media xəbər verir ki,bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, İdarənin tabeliyindəki təhsil müəssisələrini 2025-ci ildə 52 məzun qızıl və gümüş nişanla başa vurub.

Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb.