Bakı Ağır Cinayətlər Məhkəməsinə 4 yeni hakim təyin edilib.
1xeber.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Murad Aslanov, Firdovsi Əliyev, Kamil Əliyev və Aygün Qurbanova təyinat alıblar.
Fotoda: Aygün Qurbanova
K.Əliyev və A.Qurbanova bir müddət idi eyni məhkəməyə ezam edilmişdilər.
Yeni hakim Firdovsi Əliyev isə indiyədək Masallı Rayon Məhkəməsinin sədri idi. Bundan sonra isə Bakıda hakim kimi işləyəcək.