Brüssel Moldovanın Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını dondurub, hazırda yalnız texniki müzakirələr gedir.
1xeber.media xəbər verir ki, bu barədə müxalifətdə olan Moldova Respublikasının Sosialistlər Partiyasından olan deputatı Boqdan Şirdea məlumat verib.
"Dekabrın 16-da biz məlumat aldıq ki, Aİ Moldova Respublikası ilə rəsmi üzvlük danışıqlarını başlatmayıb, yəni Aİ danışıqları dondurub.
İndi avropalılar deyirlər ki, "gözləyin, tələsmək yoxdur. Gəlin bu barədə bir az daha fikirləşək, görək." Yalnız üç fəsil üzrə texniki müzakirələr açıqlanıb, dəqiq qrafik, qanuni qərar və s.” o, özünün Telegram kanalında videomüraciətində bildirib.
Deputat qeyd edib ki, seçki kampaniyası zamanı Moldovanın tezliklə Aİ-yə üzv olacağına söz verən Kişinyovdakı hakimiyyət indi əhalini inandırmağa çalışır ki, ölkə hələ də Avropa blokuna daxil olmaq üçün tələb olunan bütün tələb və meyarlara cavab verməkdən “çox uzaqdır”.