Вернуться назад Распечатать

Ermənistanda hərbi xidmətlə bağlı SƏRT QƏRAR

Ermənistanda hərbi xidmətdən azad edən xəstəlik və patologiyaların siyahısı ciddi şəkildə azaldılır.

1xeber.media xəbər verir ki, bu barədə ölkə hökumətinin qəbul etdiyi yeni qərarda bildirilir.

Qərara əsasən, müalicə tələb etməyən və ya sağlamlığa ciddi təhlükə yaratmayan xəstəliklər artıq hərbi xidmətdən azadolma üçün əsas sayılmayacaq. Belə hallarda çağırışçılar məhdudiyyətlərlə yararlı hesab edilə bilərlər.

Yeni qaydalara görə, aşağıdakı hallarda hərbi xidmətdən azadolma tətbiq olunmayacaq:

qalxanabənzər vəzin müəyyən disfunksiyaları,

bəzi qan xəstəlikləri,

ürəyin quruluşu və fəaliyyəti ilə bağlı bir sıra kənarlaşmalar,

diafraqmal yırtıqların mövcudluğu.

Hakimiyyət bu dəyişikliklərin ordunun çağırış potensialını artırmaq və tibbi əsaslardan sui-istifadənin qarşısını almaq məqsədi daşıdığını bildirir. Digər bir məsələ isə ondan ibarətdir ki, ölkədə əsgər çatışmazlığı rəsmi İrəvanı bu qərarı qəbul etməyə məcbur edib.