Вернуться назад Распечатать

Rusiyanın Su-30SM2 qırıcılarının yeni partiyası Belarusa gəlib

1xeber.media xəbər verir ki, Rusiyadan Su-30SM2 qırıcılarının daha bir partiyası Belarusa gəlib, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Su-30SM2 qırıcılarının daha bir partiyası Belarus aerodromlarından birinə çatıb", - nazirliyin Telegram kanalında bildirilib.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları (HHQ) komandanının müavini, aviasiya rəisi polkovnik Aleksandr Belyayev yeni təyyarənin gəlişini yaxşı ənənə adlandırıb.