Вернуться назад Распечатать

Xətai rayonunda sahibkarlıq fəaliyyəti sahəsində süni maneələrin aradan qaldırılması və qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı tədbir keçirilmişdir


  Xətai Rayon İcra Hakimiyyəti, Əhmədli bələdiyyəsi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Respublikasında iqtisadiyyatın qeyri-neft özəl sektorunun inkişafının dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu nəzərə alaraq, sahibkarlıq fəaliyyəti sahəsində süni maneələrin aradan qaldırılması və qanunvericiliyin tələblərinə əməl olunması mövzusunda tədbir keçirilmişdir.

1xeber.media xəbər verir ki,tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xətai rayonu üzrə nümayəndəsi Fariz Bağırov, eləcə də rayon ərazisində fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.

Tədbir “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 268 nömrəli Fərmanının 17-ci bəndinin icrası çərçivəsində təşkil olunmuşdur.

Tədbirdə gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verilmiş, qeyd edilmişdir ki, qeyri-neft özəl sektorunun inkişafı, sahibkarlığın təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, bütün dövlət orqanları və qurumları tərəfindən sahibkarlıq fəaliyyəti sahəsində süni maneələrin tam aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Dövlət–biznes münasibətlərində şəffaflığın təmin olunması, sahibkarların hüquq və qanuni maraqlarının qorunması, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edən və qanun pozuntularına yol verən şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi iqtisadi islahatların uğurla həyata keçirilməsinin əsas şərtlərindən biridir.

Tədbir zamanı, həmçinin, 2025-ci il dövlət büdcəsinin tətbiqi ilə bağlı müvafiq normativ-hüquqi aktların tələbləri, büdcə vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə məsələləri, eləcə də sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunmuşdur.

Bildirildi ki, qeyri-neft özəl sektorunun inkişafı regionların sosial-iqtisadi tərəqqisinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin rifah halının yüksəldilməsinə mühüm töhfə verir. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən dövlət siyasətinə uyğun olaraq sahibkarlığın inkişafına bundan sonra da hərtərəfli dəstək göstərilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında ətraflı müzakirələr aparılmışdır.