Вернуться назад Распечатать

Mülkədarov rəis oldu? – Nazirlik təkzib etdi

Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunub.

1xeber.media “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev Əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Nurlan Qələndar oğlu Mülkədarov təyinat alıb.

Qeyd edək ki, bu ilin may ayında rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

***


12.05

Nurlan Mülkədarovun Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

1xeber.media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

"Nurlan Mülkədarovun Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunması ilə bağlı xəbər doğru deyil", - məlumatda vurğulanır.