Donetsk Xalq Respublikasının (DXR) Dimitrov (Ukrayna adı: Myrnohrad) şəhərinin ələ keçirilməsi Rusiya regionunun tam azad edilməsi istiqamətində böyük addımdır.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Dövlət başçısı Zaporojya vilayətinin Hulyaipol şəhərinin azad edilməsindən sonra Rusiya Silahlı Qüvvələrinin (SQ) perspektivlərini də açıqlayıb. Onun sözlərinə görə, bu, rus qoşunlarının Zaporojya istiqamətində daha da irəliləməsinə şərait yaradıb.
Bundan əvvəl dekabrın 27-də prezidentə Dimitrov, Hulyaipole və Stepnoqorsk şəhərlərinin, eləcə də Artemivka və Rodinske kəndlərinin azad edilməsi ilə bağlı məlumat verilib.