1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Qərbdən maliyyə və hərbi yardım çatışmazlığından şikayətlənib.
Siyasətçi vurğulayıb ki, sabitliyin təmin olunması üçün ölkənin Avropa və ABŞ-dan yardıma ehtiyacı var, lakin bu, hazırda kifayət deyil. O qeyd edib ki, hava hücumundan müdafiə vasitələri və silahları kifayət qədər deyil.
"Bizim pulumuz var - Allaha şükür, Avropa həlli var, amma açığını deyim ki, xüsusilə silah istehsalı və ən əsası pilotsuz təyyarələr üçün daimi çatışmazlıq var", - Zelenski bildirib.
Ukrayna lideri daha əvvəl bəyan etmişdi ki, Ukrayna üzrə sülh planı 90 faiz tamamlanıb və danışıqlarda müzakirə olunacaq. O, dekabrın 28-də Floridada ABŞ prezidenti Donald Trampla görüşəcək.