Вернуться назад Распечатать

Putin Nazarbayevlə görüşüb

Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Putin Qazaxıstanın keçmiş prezidentini Kremldə qəbul edib. Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı kadrlarda Putin və Nazarbayevin ağ güllərlə bəzədilmiş dəyirmi masa arxasında əyləşdiyi görünür.

Rusiya lideri Qazaxıstanın keçmiş rəhbərini sonuncu dəfə may ayında qəbul edib.

Bundan əvvəl Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.