Вернуться назад Распечатать

Biləsuvarda dəhşətli qəza: ölən sabiq məmurun xanımı imiş

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar  rayonunun Nəsimikənd ərazisində avtomobil kanala düşüb.

1xeber.media unikal.az-a istinadən xəbər verir ki, qəza “Leksus” markalı, 90 EU 111 nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Məlumata görə, qəzanı Biləsuvar Telekommunikasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı,Milli  Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil  Kompleksinin müəlliməsi Fidan Rüstəmova törədib.

Hadisə nəticəsində F.Rüstəmova ilə yanaşı, onun bacısı – 1993-cü il təvəllüdlü Rüstəmova Aytac Faiq qızının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə  nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.