1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla telefon danışığı aparıb, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp eyni vaxtda danışıblar.
Nəşr Ukrayna danışıqlar qrupunun rəhbəri Rustem Umerovdan sitat gətirib: "Biz indicə Ukraynaya yollanarkən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla danışdıq. Söhbətə Ukrayna prezidenti Vladimir Zelenski də qoşulub".
Umerov onu da əlavə edib ki, Ukrayna ABŞ-la danışıqlar apararkən Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirəcək.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt bəyan etmişdi ki, Putin və Tramp arasında Ukraynadakı vəziyyəti müzakirə edən “müsbət” telefon danışığı olub. Lakin administrasiya sözçüsü söhbətin təfərrüatlarını açıqlamayıb.