Ağ Evin prezidenti Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdindən xəbər tutanda şoka düşüb və qəzəblənib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Tramp həmçinin qeyd edib ki, o, Ukraynanın “belə sərsəm hərəkətlər” edəcəyini təsəvvür edə bilməzdi.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Novqorod vilayətində Rusiya prezidentinin iqamətgahına hücuma cəhd etdiyini bildirib. O, bütün dronların məhv edildiyinə aydınlıq gətirib. O əlavə edib ki, Kiyevin dövlət terrorizmi siyasətinə keçməsini nəzərə alaraq, Moskvanın danışıqlardakı mövqeyinə yenidən baxılacaq.