Вернуться назад Распечатать

"Bir o qalıb ki məzarlıqlara da xətt çəksinlər"-Anar Rzayevə İRAD

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xətt çəkməkdən, zolaq qoymaqdan yorulmadı. Magistrallar, prospektlərdən ara, məhəllə yollarına keçiblər. 

1xeber.media xəbər verir ki, bu barədə Sima Babayeva Facebook səhifəsində paylaşım edib.

"Bir o qalıb ki məzarlıqlara da xətt çəksinlər. Deyəsən yeni il qabağı əllərinə düşən boyanı sərf edib hesabatını verməlidlər. 

Ona görə tələm-tələsik hara gəldi fırçalarını çəkirlər. Nə olur-olsun, pul olsun. AYNA sədri Anar Rzayevdə elə kəramət var ki, onun pulunu boyadan, rəngdən də çıxardar."