Вернуться назад Распечатать

Merz Rusiyadan Ukrayna ilə bağlı danışıqlarda dürüstlük və şəffaflıq tələb edib

Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin bütün iştirakçıları, o cümlədən Rusiya vicdanlı, niyyətləri şəffaf olmalıdır.

1xeber.media xəbər verir ki, bunu dekabrın 30-da Almaniya kansleri Fridrix Merz bəyan edib.

O, X sosial media platformasında (keçmiş Twitter) yazıb: “Artıq hər kəsdən, o cümlədən Rusiyadan şəffaflıq və dürüstlük tələb olunur.

Merz həmçinin bu gün Berlin formatı çərçivəsində avropalı və kanadalı tərəfdaşlarla əlavə məsləhətləşmələr apardığını açıqlayıb.