Вернуться назад Распечатать

Vuçiç: Serbiya milyardlarla avro dəyərində silah alqı-satqısı müqavilələri imzalayıb

1xeber.media xəbər verir ki, Serbiya milyardlarla avro dəyərində silah alqı-satqı müqavilələri imzalayıb.

"Biz iki gün əvvəl milyonlarla deyil, milyardlarla avroluq böyük müqavilələr imzaladıq. Fürsət yarandıqda və lazım bildiyimiz zaman sizə xəbər verəcəyik", - Serbiya lideri bildirib.

Vuçiç əlavə edib ki, Serbiya hava hücumundan müdafiə baxımından Avropanın ən yaxşı təchiz edilmiş ölkələrindən biri olacaq.

Serbiya lideri vurğulayıb ki, Belqrad 2026-cı ildə hərbi neytrallıq siyasətini davam etdirəcək.

Serbiya daha əvvəl 2026-cı ilin mart ayının sonuna qədər Rusiya qazının tədarükünə razılıq vermişdi.