Dekabrın 28-də Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün bayram şənliyi keçirildi.
Maraqlı konsert proqramı ilə keçən şənlikdə Şaxta baba və Qar qızın gəlişi uşaqlarda xoş əhval-ruhiyyə yaradaraq onlara əsl bayram ovqatı bəxş edib.