Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. Bu münasibətlə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Kürdəmir Regional "ASAN Xidmət" Mərkəzində olub. Peşə bayramı münasibətilə Mərkəzin işçilərini təbrik edən icra başçısı onlara işlərində uğurlar arzulayıb.







